Hörmüz boğazından Oman sahilləri boyunca keçən gəmilərin sayı son həftəsonu geridönüşlərlə minimuma enib.
Oxu.Az "Bloomberg" agentliyinə istinadən bildirir ki, iyulun 3-4-də ən azı səkkiz gəmi qəfil geri dönüb. Dördü sonra İran sahilləri boyu boğazı tərk edib.
Geri dönənlər arasında neft tankerləri, balkerlər və avtomobil daşıyan gəmilər olub. "Kpler" analitiklərinə görə, iyulun 4-də boğazı 19 gəmi keçsə də, yalnız biri Oman marşrutundan istifadə etdiyini bildirib. Bir gün əvvəl bu rəqəm 13 idi.
Səbəb rəsmi açıqlanmayıb. Lakin "Bloomberg" xatırladır ki, Tehran gəmilərin yalnız İran tərəfindən təsdiqlənmiş marşrutlarla keçməli olduğunu bəyan edib.












