Bond.az White LogoBond.az Black Logo

İlk kultivasiya ət ferması Niderlandda açıldı

Niderlandda dünyanın ilk kultivasiya ət ferması açıldı. Laboratoriyada yetişdirilən ət heyvan kəsimi olmadan istehsal olunur.

Aysel Quliyeva
Müəllif:Aysel Quliyeva- Senior Editor
|
0

Niderlandın Sxiplyoyden şəhərində dünyada ilk dəfə kultivasiya olunmuş ət istehsalı üçün ferma fəaliyyətə başlayıb.

Oxu.Az "NL Times"a istinadən xəbər verir ki, müəssisədə heyvan kəsimi həyata keçirilmir.

Ət, heyvan toxumasından götürülmüş nümunələr əsasında xüsusi bioreaktorlarda yetişdirilir. Rezervuarlarda temperatur, qida maddələri və oksigen səviyyəsi daim nəzarətdə saxlanılır.

Hazırda qurğu sınaq mərhələsindədir. Layihəyə Cənubi Hollandiya əyaləti tərəfindən 500 min avro vəsait ayrılıb.

Avropa İttifaqında kultivasiya olunmuş ətin satışı hələlik qadağandır. Fermerlər bildirirlər ki, bu texnologiya ənənəvi heyvandarlığı əvəz etməyəcək, yalnız alternativ fəaliyyət istiqaməti olacaq.

Mütəxəssislər istehsal xərclərini və mümkün həcmləri müəyyənləşdirmək üçün sistemi sınaqdan keçirirlər. Tam gücü ilə işləyəcək ət fermasının 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Digər Xəbərlər
Bu gün / 15:03
|
225

Mexikoda Osmanlı izi: Dünya çempionatının açılışı

2026 FIFA Dünya Kubokunun açılışına ev sahibliyi edəcək Mexikoda Osmanlı izi: Osmanlı Saatı haqqında maraqlı məlumatlar.

0
Bu gün / 15:01
|
982

Brüsseldə miqrant iğtişaşları: Polis qaz tətbiq etdi

Brüsseldə miqrant iğtişaşları üç gündür davam edir. Polis gözyaşardıcı qazla müdaxilə edib.

0
Bu gün / 14:33
|
267

Bolqarıstan Ukraynaya silah tədarükünü dayandırır

Bolqarıstan hökuməti Ukraynaya silah tədarükünü dayandırmaq qərarı alıb. Müdafiə naziri Stoyanov Ukraynanın silahdan çox insana ehtiyacı olduğunu bildirib.

0
Bu gün / 13:02
|
320

Təyyarə boyda iki asteroid Yerdən keçir

Boeing 737 boyda iki asteroid Yer kürəsinin yanından təhlükəsiz məsafədə keçir. NASA onları zərərsiz hesab edir.

0
Bu gün / 13:01
|
670

Bağçalının üzüyü Türkiyədə gündəm

Dövlət Bağçalının taxdığı mavi topaz üzük və nişanın simvolik mənası Türkiyədə gündəm oldu. Sultan Alparslanın sözləri və Səlcuq motivləri.

0
Bu gün / 11:04
|
961

İsrail zərbələri: İranın iki hərbçisi həlak oldu

İsrailin İrana hücumları nəticəsində iki yüksəkrütbəli hərbçi həlak olub. Tehranda vida mərasimi keçiriləcək.

0
Bu gün / 10:03
|
901

Yer yaxınlığından güclü plazma buludu keçdi

Güclü geomagnetik qasırğa proqnozu doğrultmadı, plazma buludu Yerdən yan keçdi. Kosmik hava proqnozları hələ də dəqiq deyil.

0
Bu gün / 09:32
|
269

ABŞ yeni Qiyamət günü təyyarəsi istehsal edir

ABŞ yeni Qiyamət günü təyyarəsi E-4C üçün 2.2 milyard dollar ayırır. Nüvə müharibəsinə davamlı bu təyyarə rabitəni təmin edəcək.

0
Bu gün / 09:01
|
437

Yaxın Şərq böhranı ABŞ aviaşirkətlərini çökdürə bilər

Yaxın Şərqdəki gərginlik neft və yanacaq qiymətlərini artırır. ABŞ aviaşirkətləri apreldə yanacağa 6.5 milyard dollar xərcləyib.

0
Bu gün / 08:32
|
338

Tramp: İsrail və İran hücumları dayandırıb

ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, İsrail və İran bir həftəlik atəşkəsə razılaşıblar.

0
Bu gün / 08:03
|
892

Rusiyada hərəkətdə olan avtomobil partladıldı

Rusiyanın Balaşixa şəhərində hərəkətdə olan BMW X3 avtomobilinin partlaması nəticəsində sürücü həlak oldu. Hadisə ilə bağlı araşdırma aparılır.

0
Bu gün / 08:01
|
685

Brent və WTI neft qiymətləri ucuzlaşdı

Brent və WTI neft qiymətləri ucuzlaşdı - London ICE və NYMEX birjalarında qiymət dəyişiklikləri haqqında son xəbərlər.

0
...