ABŞ-li milyarder İlon Mask "SpaceX" şirkətinin səhmlərinin IPO-da yerləşdirilməsi sayəsində tarixə ilk trilyoner kimi düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, daha əvvəl şirkət IPO çərçivəsində rekord məbləğdə - 75 milyard dollar cəlb edəcəyini bildirmişdi.
Qeyd olunub ki, ABŞ-nin "SpaceX" şirkəti iyunun 11-də birjada kütləvi yerləşdirmə ərəfəsində səhmlərin qiymətini və sayını açıqlayıb. Şirkət hər birinin qiyməti 135 dollar olmaqla ümumilikdə 555 555 555 səhm yerləşdirib. "SpaceX"in qiymətli kağızları bu gündən etibarən "Nasdaq" elektron birjasında SPCX indeksi altında satışa çıxarılır.












