İndoneziyanın Banda-Açex şəhərində sevgili cütlük avtomobildə öpüşdükləri üçün ictimaiyyət qarşısında qamçı ilə döyülüb. Onlar İslam qaydalarını pozmaqda ittiham edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "CNN Indonesia" telekanalı məlumat yayıb. Hadisə "TikTok" canlı yayımı zamanı baş verib. 22 yaşlı qız və 25 yaşlı oğlan məhkəmə tərəfindən Açex Şəriət Qanununun maddələrini pozduğuna görə hərəyə 21 şallaq cəzası alıb.
Cəzanın icrası zamanı qız ağrıdan bir neçə dəfə fasilə istəyib, son zərbədən sonra isə huşunu itirib. Həkimlər ona yerində yardım göstərib.












