Böyük Britaniyanın Ədliyyə Nazirliyi pilot proqram çərçivəsində hakimlərə süni intellekt vasitəsilə iş materiallarını təhlil etməyə imkan verəcək.
Oxu.Az nazirliyin rəsmi saytına istinadən xəbər verir.
Məhkəmə proseslərini sürətləndirmək və gecikmələri azaltmaq üçün süni intellekt əsaslı hüquqi köməkçilər hazırlanır.
Bu köməkçilər hakimlərə gündəlik tapşırıqlarda, hüquqi araşdırmalarda və iş siyahılarının hazırlanmasında yardım göstərəcək.
Layihə ilkin mərhələdə nəzarət altında sınaqdan keçiriləcək. Müsbət nəticələr olduqda, daha geniş tətbiq ediləcək.
Hökumət bu təşəbbüsün məhkəmə sisteminin səmərəliliyini artıracağını, iş yükünü azaldacağını və ədalətə sürətli çıxışı təmin edəcəyini bildirir.












