Çərşənbə günü İordaniya hərbçiləri ölkənin hava məkanında mənşəyi məlum olmayan pilotsuz uçuş aparatını (PUA) vurublar.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiya" nəşri məlumat yayıb.
"Bu gün səhər saatlarında İordaniya Silahlı Qüvvələri ölkənin hava məkanına daxil olan naməlum mənşəli PUA ilə toqquşmaya girərək onu Cəraş əyalətində məhv ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb", - deyə qeyd olunub.
Hazırda insidentlə bağlı əlavə təfərrüat açıqlanmır.












