İran-ABŞ gərginliyi Fransa iqtisadiyyatına ağır zərbə endirib. Fransa hökuməti büdcə xərclərini azaltmağın yollarını axtarır.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa iqtisadiyyat naziri Rolan Leskür TASS-a bildirib. İyunun 30-da Dövlət Maliyyə Komitəsi toplanacaq.
Leskür qeyd edib ki, İranla müharibə Fransa büdcəsinə ən azı 6 milyard avro ziyan vurub. Hər şey ABŞ-İran razılaşmasının icrasından asılıdır. Həmin razılaşma ilə Hörmüz boğazından gəmi hərəkəti bərpa edilib.
Fransa Bankı və Statistika İnstitutu 2026-cı il üçün iqtisadi artımı 0.5-0.7% proqnozlaşdırır. Bu proqnozlar atəşkəsdən əvvəl hazırlanıb. Vəziyyət III rübün nəticələrindən sonra aydınlaşacaq.












