İran Yaxın Şərq ölkələrini anti-ABŞ alyansında birləşdirməyə çalışır və Donald Trampa qarşı genişmiqyaslı siyasi kampaniyaya başlayır.
"Fox News" analitikə istinadən xəbər verir ki, bu fəallıq Trampın "İbrahim Sazişi"nin genişləndirilməsini təklif etməsindən sonra müşahidə olunub.
Tehran özünü regionun "yeni şerifi" kimi təqdim edir və Fars körfəzi ölkələrinə təzyiq göstərərək ABŞ təhlükəsizlik sistemi ilə "yeni İslam sivilizasiyası" arasında seçim təklif edir.
Tramp Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Misir, İordaniya və Bəhreyn liderləri ilə danışıqlar aparıb.
İranın ali lideri Müctəba Xamenei müsəlman ölkələrini əməkdaşlığa çağırır. Analitikə görə, Tehran ərəb ölkələrinin İsraillə normallaşmasına qarşı çıxır.
Fars körfəzi ölkələri ehtiyatlı davranır və Vaşinqtonla Tehran arasında danışıqları izləyir.











