İran Silahlı Qüvvələri bütün mümkün ssenarilərə hazırdır və düşmənə "yeni sürprizlər" təqdim etmək əzmindədir.
Oxu.Az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bəyan edib. O, mətbuat konfransı zamanı qeyd edib ki, İran istənilən ssenariyə tam hazırdır.
"Düşmənin hər cür ağılsız hərəkətlərinə bütün gücümüzlə cavab verəcəyik. Bunu artıq hərbi qüvvələrimiz 40 gün ərzində sübut edib. Sizi əmin edirəm ki, silahlı qüvvələrimiz düşmənə yeni sürprizlər də hazırlayıb", - deyə o əlavə edib.












