ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki bazası İranın cavab zərbələri nəticəsində ciddi zədələnib və artıq əsas funksiyalarını yerinə yetirə bilmir.
"The Wall Street Journal" Pentaqon mənbələrinə və peyk görüntülərinə istinadən xəbər verir ki, Beşinci Donanmanın qərargahı olan baza əhəmiyyətli dərəcədə dağılıb. Təlim kompleksi, liman infrastrukturu, kazarmalar və anbarlar da ciddi ziyan görüb.
Pentaqon bazanın funksiyalarının qismən Yaxın Şərqdəki digər obyektlərə köçürülməsini nəzərdən keçirir. Bazanın tikintisinin ümumi dəyəri 400 milyon dollar qiymətləndirilir.
Qeyd edək ki, baza 1995-ci ildən ABŞ Donanmasının Beşinci Donanmasının əsas dayaq məntəqəsidir və İran sahillərindən 240 km məsafədə yerləşir.











