Bond.az White LogoBond.az Black Logo

İrandan İsrail sakinlərinə təxliyə çağırışı

İran Silahlı Qüvvələri İsrail sakinlərini təxliyəyə çağırıb. Əgər İsrail Beyrutu vurarsa, şimal rayonları tərk edilməlidir.

Elçin Abaslı
Müəllif:Elçin Abaslı- Senior Editor
|
0

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahı İsrail sakinlərini, yəhudi dövləti Livanın Beyrut şəhərinə zərbələr endirərsə, ölkənin şimalını tərk etməyə çağırıb.

Oxu.Az bu barədə IRNA agentliyinə istinadən xəbər verir.

"İsrailin Baş naziri Benyamin Netanyahu Dahiya və Beyruta zərbələr endirəcəyi ilə hədələyib və oranın sakinləri üçün təxliyə xəbərdarlığı elan edib. İsrail tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulması ilə əlaqədar xəbərdarlıq edirik: əgər bu təhdid reallaşarsa, şimal rayonlarının və işğal olunmuş ərazilərdəki hərbi məskunlaşma məntəqələrinin sakinləri təhlükəyə məruz qalmaq və xəsarət almaq istəmirlərsə, bu əraziləri tərk etməlidirlər", - deyə bəyanatda bildirilir.

Daha əvvəl İranın "Tasnim" agentliyi məlumat yaymışdı ki, İsrailin Livan ərazisinə endirdiyi zərbələr səbəbindən İran danışıqlar prosesi çərçivəsində ABŞ ilə mesaj mübadiləsini dayandırır. Məlumata görə, Tehran İsrail qoşunları Livan ərazisindən tamamilə çıxarılmayana və zərbələr dayandırılmayana qədər Vaşinqtonla danışıqları bərpa etməyəcək.

Digər Xəbərlər
2026-07-05 21:02
|
821

Vaşinqtonda hava çirklənməsi qırmızı kod

Vaşinqtonda hava çirklənməsi səbəbindən qırmızı kod elan edilib. Anomal isti hava və 850 min atəşlik atəşfəşanlıq havanı təhlükəli hala gətirib.

0
2026-07-05 21:00
|
568

Fransada muzeydən 4 milyon avroluq oğurluq

Fransanın Lalik Zərgərlik Muzeyindən 4 milyon avroluq zinət əşyaları oğurlandı. Oğurluq saat 05:30-da baş verib, mühafizə sistemi işə düşsə də, oğrular saxlanılmayıb.

0
2026-07-05 20:31
|
372

Almaniyada 150 nəfərlik məclis kütləvi dava ilə bitdi

Almaniyanın Essen şəhərində 150 nəfərlik məclis kütləvi dava və bıçaqlanma ilə nəticələnib. 46 yaşlı Türkiyə vətəndaşı bıçaqdan istifadə edib, mühafizəçi ürəktutmasından ölüb.

0
2026-07-05 20:00
|
262

Nyu-Yorkda hidroplan qəza enişi, 2 yaralı

Nyu-Yorkda Şərq çayında hidroplan qəza enişi edib, 2 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ətraflı məlumat.

0
2026-07-05 19:30
|
371

Fransa borc bataqlığında: Filipp xəbərdarlıq etdi

Fransanın dövlət borcu 3.5 trilyon avronu keçib. Sabiq baş nazir Eduar Filipp büdcə xərclərinin azaldılması və birgə səylər çağırışı edir.

0
2026-07-05 19:00
|
673

Misir öz "Pentaqon"u "Oktaqon"u istifadəyə verdi

Misirin yeni hərbi qərargahı "Oktaqon" istifadəyə verildi. ABŞ Pentaqonunun analoqu olan kompleks müasir texnologiyalarla təchiz edilib.

0
2026-07-05 18:30
|
698

Netanyahudan ABŞ-la fikir ayrılığı açıqlaması

Netanyahu ABŞ-la İran da daxil olmaqla heç bir fikir ayrılığı olmadığını bildirdi. Tramp görüşə hazır olduğunu açıqladı.

0
2026-07-05 18:01
|
560

İrada Berq vəfat etdi

Məşhur azərbaycanlı sənətşünas İrada Berq 53 yaşında vəfat etdi. Onun həyatı, karyerası və yaradıcılığı haqqında məlumat.

0
2026-07-05 17:02
|
568

Makron 17 ildə ilk dəfə Suriyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 17 ildə ilk dəfə Suriyaya rəsmi səfər edəcək. Səfər ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.

0
2026-07-05 16:03
|
252

İran-Qətər yükdaşımaları bərpa olundu

İran-Qətər arasında beş aylıq fasilədən sonra yükdaşımalar bərpa edildi. Ər-Rüveys limanı yenidən İran mallarını qəbul edir.

0
2026-07-05 15:01
|
736

Xameneinin oğulları vidalaşdı

Xameneinin üç oğlu ataları ilə vidalaşdı. Tehran, Qum, Nəcəf, Məşhəd şəhərlərində matəm mərasimləri keçirilir.

0
2026-07-05 14:30
|
986

Azərbaycanlı gənc Polşada göldə boğuldu

28 yaşlı azərbaycanlı gənc Fərman Xəlilov Polşada göldə çimərkən boğularaq həyatını itirib. Son iki ayda üçüncü belə faciə.

0
...
İrandan İsrail sakinlərinə təxliyə çağırışı | Bond.az