İslandiya İsveçrəni geridə qoyaraq dünyanın yaşayış üçün ən bahalı ölkəsinə çevrilib. Bu barədə İsveçin TT agentliyi məlumat yayıb.
Mütəxəssislər hesablamalarında "Eurostat" və İslandiya mərkəzi bankı "Sedlabanki"nin məlumatlarına əsaslanıblar. Qiymətlər İsveçrə ilə müqayisədə təxminən 3% daha yüksəkdir. Qiymət artımının əsas səbəbi turizmin ada iqtisadiyyatının mərkəzində olmasıdır.
Bu, xidmət sektorunda inflyasiya və əməkhaqqı artımına gətirib çıxarır. Həmçinin, turizm sahəsi də daxil olmaqla mənzil qiymətləri də yüksəkdir. Mütəxəssislər bildirir ki, İslandiya əməktutumlu sahələrdən çox asılıdır və bu, inflyasiya təzyiqini davam etdirəcək.
"Eurostat"a görə, İslandiyada qiymətlər sonuncu dəfə 2018-ci ildə İsveçrədəkindən yüksək olub.












