Bond.az White LogoBond.az Black Logo

İsrail-İran qarşıdurması kritik həddə - Trampdan maraqlı mövqe

İsrail-İran qarşıdurması kritik həddə: Tramp Netanyahunu çağırsa da, İsrail İrana zərbələr endirdi. SEPAH üçüncü nəsil raketlərdən istifadə etdi.

Nərmin Vəliyeva
Müəllif:Nərmin Vəliyeva- Senior Editor
|
0

ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti hücumlardan çəkinməyə çağırmasına baxmayaraq, Təl-Əviv İranın qərb və mərkəzi hissələrindəki hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bundan bir neçə saat əvvəl isə Tramp bildirib ki, Təl-Əviv və Tehran arasındakı yeni zərbələr onun rəhbərliyinin İranla apardığı sülh danışıqlarına təsir etməyəcək.

"Bu, razılaşmaya heç bir təsir göstərməyəcək. Bütün qərarları mən verirəm. O qərar qəbul etmir", - deyə Ağ Ev lideri bildirib.

Xatırladaq ki, bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisinə silsilə zərbələr endirib. "Tasnim" agentliyinin məlumatına görə, Tehran bu hücumu İsrail ordusunun (SAXAL) Beyrutda həyata keçirdiyi əməliyyatlara cavab kimi izah edib.

Bu, son iki ayda İran silahlı qüvvələri tərəfindən İsrailə atılan ilk raket zərbələridir. İran İsraili bərk yanacaqla işləyən "Xeybarşekan" raketləri ilə hədəfə alıb. Agentliyin məlumatında bildirilir ki, həmin raketlərin uçuş mənzili 1 450 kilometrə bərabərdir, ağırlığı isə təqribən 4 500 kiloqramdır.

Qeyd olunan ballistik raket növü SEPAH-ın üçüncü nəsil arsenalına daxildir. Rəsmi Tehran İsrailə qarşı həyata keçirilən hücumu bir xəbərdarlıq kimi qiymətləndirib. SEPAH-ın açıqlamasına görə, zərbə üçün əsas hədəf hərbi aviabaza seçilib.

Nəzərə çatdıraq ki, ABŞ Prezidenti Donald Tramp Tehran rəhbərliyini də yenidən danışıqlar masasına əyləşməyə səsləyib. O, tərəflərin sülh müqaviləsi imzalamaq ərəfəsində olduğunu iddia edərək, İrandan növbəti hücumlardan çəkinməyi xahiş edib.

Digər Xəbərlər
Bu gün / 00:01
|
963

Asteroid 2024 YR4 Yerlə toqquşa bilər

Rusiyalı alim Yevgeni Burmistrov asteroid 2024 YR4-ün 2032-ci ildə Yerlə toqquşma ehtimalını açıqlayıb. Ehtimal 0.0017% təşkil edir.

0
Dünən / 23:30
|
910

Dünyanın ən qəribə smartfonları

BGR jurnalistləri bazara çıxarılmış ən qəribə smartfon modellərini siyahıya alıb. LG Wing, BlackBerry Passport, Amazon Fire Phone və daha çoxu.

0
Dünən / 23:00
|
476

Fransada onlayn mağazalara yeni qadağalar

Fransa ifrat sürətli dəbə qarşı yeni qanun qəbul etdi. Shein, Temu və AliExpress kimi platformalara sərt qadağalar tətbiq olunur.

0
Dünən / 22:30
|
600

Rusiyada erməniəsilli bloqerə cərimə

Rusiyada erməniəsilli bloqer Arsen Markaryan nifrət və düşmənçiliyə görə cərimələndi. O, rusları heyvanlarla müqayisə edən video yayımlamışdı.

0
Dünən / 22:02
|
570

Ferrari və BMW misdən alüminiuma keçir

Ferrari və BMW elektrik naqillərində misdən alüminiuma keçir. Bu addım istehsal xərclərini azaldır və avtomobilləri yüngülləşdirir.

0
Dünən / 22:01
|
803

İsti hava telefonu sıradan çıxara bilər

İsti hava smartfonunuzu sıradan çıxara bilər. Qızma əlamətlərini tanıyın və cihazınızı qorumaq üçün tədbirlər alın.

0
Dünən / 22:00
|
209

Kaliforniya körfəzində 6 bal zəlzələ

Meksika sahillərində, Kaliforniya körfəzində 6.0 maqnitudalı zəlzələ qeydə alınıb. Xəsarət və dağıntı barədə məlumat yoxdur.

0
Dünən / 21:32
|
342

Fransada prezident seçkisinin tarixi açıqlandı

Fransada növbəti prezident seçkisi 2027-ci il aprelin 18-də və mayın 2-də keçiriləcək. Emmanuel Makron namizəd ola bilməyəcək.

0
Dünən / 21:31
|
768

İraqda 116 milyon dollar korrupsiya müsadirəsi

İraqda korrupsiya əməliyyatı: 116 milyon dollar müsadirə edildi. İstintaq çərçivəsində yüksəkvəzifəli məmurlar saxlanılıb.

0
Dünən / 21:30
|
915

Kiyev İsveçdən 16 Gripen alır

Ukrayna İsveçlə 16 Gripen qırıcısının alınması üçün müqavilə imzaladı. İlk təyyarələr 2027-ci ildə təhvil veriləcək.

0
Dünən / 21:03
|
811

Monako partlayışında UTX əli iddiası

Monakoda ukraynalı iş adamına qarşı partlayışda UTX-nin əli olduğu iddia edilir. Ətraflı məlumat üçün Bond.az saytını ziyarət edin.

0
Dünən / 21:02
|
549

İran neftini 20% baha satır

İran ABŞ sanksiyalarının yumşaldılmasından sonra neftini 20% baha satır. Parlament sədri Qalibaf bildirib ki, ixrac artıb.

0
...
İsrail-İran qarşıdurması kritik həddə - Trampdan maraqlı mövqe | Bond.az