İsrailin müdafiə naziri İsrail Katz açıqlayıb ki, ordu Livan, Suriya və Qəzza sektorunun təhlükəsizlik zonalarında qeyri-müəyyən müddətədək qalacaq.
Oxu.Az xəbər verir ki, "Ynet" portalı məlumat yayıb.
"İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə aydın bir siyasət həyata keçiririk. Bu siyasətə əsasən, sərhədlərimizi və yaşayış məntəqələrini müdafiə etmək üçün İsrail ordusu Livan, Suriya və Qəzzada yerləşən təhlükəsizlik zonalarında qeyri-müəyyən vaxta qədər qalacaq", - deyə "Ynet" portalı nazirin bəyanatından sitat gətirib.












