İsrail Prezidenti İsxak Hersoqun olduğu helikopter quşlarla toqquşaraq məcburi eniş edib.
Hadisə "Sarsılmaz qaya" əməliyyatında həlak olanların xatirəsinə həsr olunmuş mərasimdən qayıdarkən baş verib.
Helikopter İsrail Hərbi Hava Qüvvələrinin bazasına eniş edib və texniki yoxlamaya göndərilib. Prezident başqa helikopterlə səfərini davam etdirib.
Ordu bildirib ki, xəsarət alan yoxdur, hadisənin təfərrüatı araşdırılır.












