İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubundakı döyüş əməliyyatları zonasında yeni itkilər barədə məlumat yayıb.
SAXAL-ın mətbuat xidmətinin bəyanatına əsasən, "Oz" xüsusi təyinatlı briqadasının "Maqlan" bölməsinin 20 yaşlı baş çavuşu Adam Tsarfati həlak olub.
Eyni insidentdə daha üç İsrail hərbçisi yaralanıb. Onlardan birinin vəziyyəti ağır, digər ikisinin xəsarətləri yüngüldür.
Yaralılar xəstəxanaya yerləşdirilib.












