İsrailin İrana endirdiyi son zərbələr nəticəsində iki yüksəkrütbəli hərbçi həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə qüvvələrində xidmət edən Seyyid Bəhmən Hüseyni və Əli Rza Əbiri adlı hərbçilər həlak olublar.
Bu gün Tehranda onlar üçün vida və dəfn mərasimi keçiriləcək.












