Bond.az White LogoBond.az Black Logo

İstanbulda itən memarın ölüm səbəbi bəlli oldu

İstanbulda itən memar Ece Gürelin ölüm səbəbi hipotermiya və böyrək çatışmazlığı olaraq açıqlandı. Ritual və təzyiq iddiaları araşdırıldı.

Tural Məlikov
Müəllif:Tural Məlikov- Senior Editor
|
0

İstanbulda gəzinti üçün Belqrad meşəsinə gedən və günlər sonra sağ tapılan, lakin xəstəxanada həyatını itirən 36 yaşlı memar Ece Gürelin ölüm səbəbi açıqlanıb.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, 2 mart 2025-ci ildə itkin düşdükdən dörd gün sonra tapılan qadının ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülürdü. İlkin hüquqi araşdırma başa çatıb.

Məlum olub ki, Ece Gürel soyuğa məruz qalma (hipotermiya) və bundan qaynaqlanan kəskin böyrək çatışmazlığı nəticəsində ölüb. Bədənində dərman izləri olsa da, zəhərlənmə və ya başqa səbəbdən öldüyünü göstərən dəlil yoxdur. Cinayət işi açılması üçün əsas olmadığı qərarı verilib.

Meşəyə tək gedən Ece yol azıb. O, meşəçilik fakültəsi məzunu idi və bölgəni yaxşı tanıyırdı. Yoldaşı ilə səs rituallarına qatıldığı, numerologiya, astrologiya, Tarotla maraqlandığı, hətta "Instagram"da "Tarotun Ecesi" hesabı olduğu üzə çıxıb. Həmçinin iş yerində zorakılığa məruz qaldığı iddia edilir.

Digər Xəbərlər
Bu gün / 23:00
|
846

Tehranda pravoslav kilsəsi qarət edildi

İranın paytaxtı Tehranda naməlum şəxslər Rus Pravoslav Kilsəsinin Müqəddəs Nikolay məbədini qarət ediblər. Səfirlik oğurlanmış ikonaların qaytarılmasını tələb edir.

0
Bu gün / 22:02
|
830

Qızıl ucuzlaşmaqda davam edir

Qızılın qiyməti dünya bazarında ucuzlaşmaqda davam edir. COMEX-də avqust füçersləri 4,100 dolları keçib.

0
Bu gün / 22:01
|
591

İran səmasında "od yağışı": ABŞ əməliyyatı genişlənir

ABŞ İrana qarşı yeni zərbələr endirir, CENTCOM əməliyyatın genişləndiyini açıqlayır. İranın müxtəlif bölgələrində partlayışlar eşidilir.

0
Bu gün / 21:30
|
450

Netanyahunun namizədliyi yenidən irəli sürülür

Likud partiyası Benyamin Netanyahunun növbəti parlament seçkilərində namizədliyini irəli sürdüyünü elan edib. Seçki 2026-cı ilə qədər keçiriləcək.

0
Bu gün / 21:00
|
245

Rusiya məhkəməsi erməni bloqerin cəzasını təsdiqlədi

Rusiya məhkəməsi erməniəsilli bloqer Arsen Markaryanın 4.5 illik həbs cəzasını qanuni hesab edib. O, nasizm reabilitasiyasında ittiham olunur.

0
Bu gün / 20:30
|
335

Rusiya səfiri İrəvana qayıtdı

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvadakı məsləhətləşmələrdən sonra İrəvana qayıdıb.

0
Bu gün / 20:00
|
963

Tramp: Ərdoğan mənim yaxın dostumdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı yaxın dostu adlandırıb.

0
Bu gün / 19:31
|
655

BAEA İrana qarşı qətnamə qəbul etdi

BAEA Rəhbərlər Şurası İrana qarşı qətnamə qəbul edib. Sənəd yüksək zənginləşdirilmiş uran ehtiyatları barədə məlumat tələb edir.

0
Bu gün / 18:31
|
514

ABŞ diplomatı Hindistan XİN-ə çağırıldı

ABŞ diplomatı Hindistan XİN-ə Oman sahillərində ticarət gəmisinə hücumla bağlı çağırılıb. 24 hindistanlı ekipajdan 21-i xilas edilib, 3 nəfər itkin düşüb.

0
Bu gün / 18:04
|
526

Yaxın Şərqdə gərginlik: ABŞ qırıcısı İrana gedən tankerə zərbə endirdi

ABŞ qırıcısı Oman körfəzində İrana gedən neft tankerinə zərbə endirdi. CENTCOM 134 gəminin marşrutunu dəyişdirdi.

0
Bu gün / 17:04
|
705

Tramp: ABŞ milyonlarla barel İran neftini ələ keçirib

ABŞ Prezidenti Donald Tramp İran neftinin gizli ələ keçirildiyini açıqlayıb. Milyonlarla barel neft və 22 gəminin ələ keçirilməsi ilə bağlı detallar.

0
Bu gün / 17:02
|
475

Kanar adaları: unikal təhsil və pulsuz çimərliklər

Kanar adalarının unikal təhsil sistemi, pulsuz çimərlikləri, ekologiya və qaya evləri haqqında maraqlı məlumatlar.

0
...
İstanbulda itən memarın ölüm səbəbi bəlli oldu | Bond.az