İsveçrədə keçirilən referendumda əhalinin sayını 10 milyonla məhdudlaşdırmaq təklifi rədd edildi. Oxu.Az Bloomberg agentliyinə istinadən xəbər verir ki, seçicilərin 55%-i əleyhinə, 45%-i isə lehinə səs verib.
Təklif antiimmiqrasiya yönümlü qruplar tərəfindən irəli sürülmüşdü. Onlar iddia edirdilər ki, sürətli əhali artımı resurslar üzərində təzyiq yaradır.
Hökumət, parlament və böyük şirkətlər isə bu addıma qarşı çıxdı. Onlar vurğulayırdılar ki, əhali limiti iqtisadiyyata zərbə vuracaq.











