Altı maqnitudalı zəlzələdən sonra Kamçatka yarımadasının sahillərində 30-dan artıq yeraltı təkan qeydə alınıb.
Rusiya Elmlər Akademiyasının Kamçatka bölməsi TASS-a bildirib ki, Sakit okeanda dəniz dibinin 41 km dərinliyində 6 maqnitudalı seysmik hadisə baş verib. Hadisədən sonrakı saatlarda 30-a qədər zəlzələ müşahidə edilib.
Yerli sakinlər yalnız 3 bala qədər gücü olan bir təkan hiss edib. Sunami xəbərdarlığı verilməyib.











