Bir neçə gün əvvəl vəfat edən kanadalı hokkeyçi Klod Lemyenin ailəsi onun beynini xroniki travmatik ensefalopatiyanın tədqiqi üçün Boston Universitetinə təhvil verəcək.
Yaxınları ümid edir ki, bu addım gələcəkdə idmançıların sağlamlığını qorumağa kömək edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd edək ki, 60 yaşlı keçmiş hokkeyçinin cəsədini oğlu anbar binasında aşkar edib. Onun ölümü mayın 28-də açıqlanıb.
Xroniki travmatik ensefalopatiya təkrarlanan beyin sarsıntıları nəticəsində yaranan degenerativ xəstəlikdir.












