Bond.az White LogoBond.az Black Logo

Kanadalı intihara yardımı etiraf etdi

Kanadalı Kennet Lou onlarla intihara yardım etmə faktı üzrə özünü təqsirli bilib. Hökm sentyabrda çıxarılacaq.

İlkin Cavadov
Müəllif:İlkin Cavadov- Senior Editor
|
0

Kanadalı Kennet Lou onlarla intihara yardım etmə faktı üzrə özünü təqsirli bilib.

Oxu.Az "The Guardian" nəşrinə və "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, internet vasitəsilə zəhərli maddələr dəsti və onlardan istifadə qaydalarını sataraq potensial intihara meyilli şəxslərə göndərməklə məşğul olub.

Lou bununla Kanadanın 14 sakininin (16-36 yaş arası) intiharına şərait yaratdığını etiraf edib. Prokurorluq onun ittihamlarını "qəsdən adam öldürmə" maddəsindən "intihara yardım etmə və ya buna təhrik etmə" maddəsinə tövsif etməyə razı olduqdan sonra o, istintaqla əməkdaşlıq etməyə razılıq verib.

Bundan əlavə, Böyük Britaniyaya ekstradisiya edilməyəcəyi barədə qərar açıqlandıqdan sonra Lou 79 britaniyalının da intiharına kömək etdiyini boynuna alıb.

Qeyd edək ki, Lou 2023-cü ildə həbs olunub. Kanada polisinin məlumatına görə, o, 2020-ci ildən bəri öz internet saytları vasitəsilə intihar etmək istəyənlər üçün zəhər dəstləri və təlimat kitabçaları satıb. İstintaqın qiymətləndirməsinə görə, o, ümumilikdə aralarında İtaliya, ABŞ və Avstraliyanın da olduğu 41 ölkədən olan alıcılara 1 200-dən çox belə dəst göndərib. Polisə məlum olub ki, o, Böyük Britaniya sakinlərinə ən azı 286 zəhər dəsti satıb və bu, ən azı 112 nəfərin ölümü ilə nəticələnib.

Lou barəsində hökm sentyabr ayında çıxarılacaq. İntihara yardım etmə maddəsi ilə onu 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Digər Xəbərlər
Bu gün / 09:31
|
690

Tramp: İranla memorandum kapitulyasiyadır

Donald Tramp İranla memorandum imzalanmasını kapitulyasiya adlandırıb. ABŞ lideri qeyd-şərtsiz təslim olmaqdan danışıb.

0
Bu gün / 09:30
|
694

Dünyanın ən uzun reysi 2027-də başlayır

Qantas aviaşirkəti 2027-ci ildə Sidney-London arasında dünyanın ən uzun fasiləsiz reysini açır. Uçuş 19-22 saat çəkəcək.

0
Bu gün / 09:01
|
229

İndoneziyada 6.7 bal zəlzələ: 3 ölü, 108 yaralı

İndoneziyada 6.7 bal gücündə zəlzələ nəticəsində 3 nəfər ölüb, 108 nəfər yaralanıb. Ətraflı məlumat Bond.az-da.

0
Bu gün / 08:30
|
818

Kamçatkada güclü zəlzələ: Sunami təhlükəsi

Kamçatkada güclü zəlzələlər baş verdi. Sunami təhlükəsi var. Sakinlərə xəbərdarlıq edilib.

0
Bu gün / 08:00
|
900

Tramp özünə "Şərəf" medalı istəyir

ABŞ Prezidenti Donald Tramp özünə "Şərəf" medalı vermək istədiyini, lakin buna layiq olmadığını etiraf edib.

0
Bu gün / 07:30
|
548

Brüssel qərarı: Aİ Ukrayna münaqişəsində rolunu artırır

Aİ Ukrayna münaqişəsinin həllində rolunu artırmaq qərarına gəlib. Brüssel sammitinin nəticələri və Avropanın gələcək mövqeyi haqqında ətraflı.

0
Bu gün / 06:02
|
307

Tokioda məktəb yanğını: 10 nəfər xəsarət alıb

Tokioda məktəb yanğını: 8 şagird və 2 müəllim xəsarət alıb. Yanğın dördüncü mərtəbədə başlayıb, 65-dən çox yanğınsöndürən cəlb olunub.

0
Bu gün / 05:31
|
357

Pentaqon 80 milyard dollar tələb edir

Pentaqon İrana qarşı əməliyyatlar üçün Konqresdən 80 milyard dollar əlavə vəsait istəyir. Büdcə kəsintisi təhlükəsi.

0
Bu gün / 05:01
|
341

Stounhencin 500 il qədim prototipi tapıldı

Stounhencin 500 il daha qədim prototipi İngiltərədə aşkarlanıb. Taxta sütunlardan ibarət bu qədim qurğunun sirləri haqqında oxuyun.

0
Bu gün / 05:00
|
953

ABŞ Sakit okeanda kateri məhv etdi: ölənlər var

ABŞ hərbçiləri Sakit okeanda narkotik alverçilərinin katerinə zərbə endirib. Üç narkotik taciri məhv edilib. Ətraflı oxu.

0
Bu gün / 04:30
|
268

ABŞ-İran İsveçrə görüşü təxirə salındı

ABŞ və İran arasında İsveçrədə planlaşdırılan görüş təxirə salınıb. Səbəb kimi Livandakı gərginlik göstərilir.

0
Bu gün / 04:00
|
927

ABŞ-də ölümcül parazit yayılır: Alimlər həyəcan təbili çalırlar

ABŞ-də ölümcül Echinococcus multilocularis paraziti sürətlə yayılır. Simptomlar, yoluxma yolları və qorunma üsulları haqqında məlumat.

0
...
Kanadalı intihara yardımı etiraf etdi | Bond.az