13 may 2024-cü ildə Fransa hökumətinin Kanakidə (Yeni Kaledoniya) seçici korpusunu dəyişmək cəhdinə qarşı dinc etirazlar başladı.
Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb: Fransa kanak xalqının siyasi iradəsini zəiflətmək, müstəmləkə idarəçiliyini gücləndirmək istəyirdi.
Etirazçılara qarşı geniş repressiya tətbiq olundu: minlərlə polis və hərbçi yeridildi, komendant saatı qoyuldu, fövqəladə vəziyyət elan edildi.
Nəticədə 14 nəfər həlak oldu, yüzlərlə yaralı var, minlərlə insan saxlanıldı. Sosial şəbəkələr bloklandı.
BMT və digər beynəlxalq təşkilatlar Fransanın hərəkətlərini pisləyib, dekolonizasiya prosesinə zidd olduğunu bildirib.
BTQ isə dünyanı məlumatlandırıb və qurbanların ailələrinə dəstək olub.











