Pakistanın Kəraçi şəhərinin Gülistan-i-Cövhər rayonunda atəş səsləri eşidilib və partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Dawn" yerli polisə istinadən məlumat yayıb.
Hadisə yerinə polis xüsusi təyinatlıları və Çevik Reaksiya Qüvvələrinin əməkdaşları gəlib.
Hələlik ölən və ya yaralananlar barədə məlumat yoxdur.
Nəşrin məlumatına görə, ətraf ərazi polis tərəfindən mühasirəyə alınıb.












