Böyük Britaniyanın keçmiş şahzadəsi Endryu, xidmətçilərindən ona vampir göndərmələrini istəyib. O, bu tələbi kral qanını sovuracaq bir vampir olmasını arzulayaraq edib.
Oxu.Az "Daily Express"ə istinadən xəbər verir ki, Endryu bu ifadəni Vindzor qəsri yaxınlığındakı iqamətgahını tərk edərək daha sadə bir kottecə köçdükdən sonra səsləndirib.
O, həmçinin xidmətçilərdən 2025-ci ilin oktyabrında kral tərəfindən əlindən alınmış əvvəlki titulu ilə müraciət etmələrini tələb edib. Endryu qeyd edib ki, "hər damla kral qanını içməsi üçün ona vampir göndərilənədək" bu tələbində israr edəcək.
Mənbələrə görə, o, özünü "günah keçisi" hesab edir və Kral III Çarlzı səlahiyyətlərini aşmaqda ittiham edir. Monarxla şəxsi görüş cəhdləri isə nəticəsiz qalıb.
Endryu, həmçinin iqamətgahını tərk etməsinə görə kompensasiya və keçmiş həyat yoldaşı Sara Fergüsona maliyyə dəstəyi tələb edir.












