Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan cinsi qısnama iddiaları səbəbindən vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.
Qərar Roma Statutuna İştirakçı Dövlətlər Assambleyasının Bürosu tərəfindən verilib. O, intizam araşdırması yekunlaşana qədər işdən uzaqlaşdırılıb.
BCM bu qərarın dərhal qüvvəyə mindiyini bildirib. İş İştirakçı Dövlətlər Assambleyasına göndərilib. Məsələnin müzakirəsi üçün xüsusi sessiya çağırılacaq.
Vəzifədən kənarlaşdırma qərarı BMT-nin Daxili Nəzarət Xidmətləri İdarəsinin hesabatına, sübutlara və ekspert rəylərinə əsaslanır.
2024-cü ilin noyabrında Assambleya Xana qarşı təhqiqata başlamışdı. 2025-ci ilin mayında o, inzibati məzuniyyətə çıxmışdı.
Xan 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putin və Mariya Lvova-Belova üçün həbs orderi vermişdi. Rusiya buna cavab olaraq Xan və BCM hakimləri barəsində cinayət işi açmışdı.












