OpenAI-nin baş direktoru Sem Altman süni intellektin qlobal işsizliyə səbəb olmayacağını açıqlayıb.
Altman Sidney konfransında videobağlantı ilə çıxış edərək, süni intellektin bəzi işlərdə insan əməyini əvəz edə bilməyəcəyini vurğulayıb.
Özü də elektron poçtlara cavab vermək üçün AI-dən istifadə edib, lakin insani ünsiyyətin vacibliyini dərk edərək özü cavab yazmağa qayıdıb.
Onun sözlərinə görə, hazırda süni intellekt əsasən ofis işlərində köməkçi rol oynayır, kütləvi ixtisarlara səbəb deyil.












