Laosda 10 gündür su basmış mağarada qalan dörd nəfər xilas edilib. Bu barədə vietnam.vn saytı məlumat yayıb.
Bundan əvvəl mayın 29-da mağaranı bir nəfər özü tərk etməyi bacarıb. İki nəfər hələ də itkin hesab olunur. Axtarışlar davam edir.
Mərkəzi Sayasombun əyalətində kənd sakinlərindən ibarət yeddi nəfərlik qrup dar yeraltı tunellərə qızıl axtarışına yollanıb. Mayın 20-də qəfil baş verən daşqın nəticəsində mağaranı su basıb.
Axtarış-xilasetmə əməliyyatlarına İndoneziya, Fransa və Avstraliyadan olan mütəxəssislər cəlb olunub.












