Bond.az White LogoBond.az Black Logo

Lidl mağazalarında banan qutularında kokain

Niderlandda Lidl mağazalarında banan qutularında kokain aşkarlandı. Den Bos və Sint-Oudenrodedə baş verən hadisələrlə bağlı polis əməliyyatı.

Rauf Əliyev
Müəllif:Rauf Əliyev- Senior Editor
|
0

Niderlandın "Lidl" supermarketlər şəbəkəsinin Den Bos və Sint-Oudenrode şəhərlərindəki mağazalarında banan yeşiklərindən narkotik maddə aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bossche Omroep" məlumat yayıb. Məlumata görə, Den Bos şəhərində yerləşən mağazada onlarla kiloqram kokain tapılıb.

Hər iki hadisə mayın 18-də qeydə alınıb. Polis Sint-Oudenrodedə aşkarlanan narkotiklərlə bağlı yerli vaxtla saat 15:05-də rəsmi "X" hesabında paylaşım edib.

Bildirilib ki, narkotik maddələr götürülərək məhv edilib. Bundan təxminən bir saat sonra - saat 16 radələrində Den Bos şəhərindəki "Lidl" mağazasında bir neçə banan qutusunda onlarla kiloqram kokain aşkar olunub.

Hadisədən sonra filial bağlanıb, ərazi polis tərəfindən mühasirəyə alınıb. Supermarketin ətrafına bronjiletli və ağır silahlı polislər cəlb edilib. Daha sonra narkotiklərin daşınması üçün mağazaya kiçik yük maşını gətirilib. Avtomobili iki qrup silahlı polis müşayiət edib.

Den Bosdakı mağaza yalnız saat 18:00-dan sonra fəaliyyətini bərpa edib.

Sint-Oudenrodedə hansı növ narkotik maddənin aşkarlandığı açıqlanmayıb. Polis hadisələr arasında əlaqənin olub-olmadığını araşdırır. Mağazalarda bananlar "çatdırılma problemləri" səbəbindən rəflərdən yığışdırılıb.

Bu, Niderlandda ilk belə hadisə deyil. Ötən il "Albert Heijn" mağazalarında da banan yeşiklərindən bir neçə kiloqram kokain tapılmışdı.

Digər Xəbərlər
2026-07-05 21:02
|
821

Vaşinqtonda hava çirklənməsi qırmızı kod

Vaşinqtonda hava çirklənməsi səbəbindən qırmızı kod elan edilib. Anomal isti hava və 850 min atəşlik atəşfəşanlıq havanı təhlükəli hala gətirib.

0
2026-07-05 21:00
|
568

Fransada muzeydən 4 milyon avroluq oğurluq

Fransanın Lalik Zərgərlik Muzeyindən 4 milyon avroluq zinət əşyaları oğurlandı. Oğurluq saat 05:30-da baş verib, mühafizə sistemi işə düşsə də, oğrular saxlanılmayıb.

0
2026-07-05 20:31
|
372

Almaniyada 150 nəfərlik məclis kütləvi dava ilə bitdi

Almaniyanın Essen şəhərində 150 nəfərlik məclis kütləvi dava və bıçaqlanma ilə nəticələnib. 46 yaşlı Türkiyə vətəndaşı bıçaqdan istifadə edib, mühafizəçi ürəktutmasından ölüb.

0
2026-07-05 20:00
|
262

Nyu-Yorkda hidroplan qəza enişi, 2 yaralı

Nyu-Yorkda Şərq çayında hidroplan qəza enişi edib, 2 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ətraflı məlumat.

0
2026-07-05 19:30
|
371

Fransa borc bataqlığında: Filipp xəbərdarlıq etdi

Fransanın dövlət borcu 3.5 trilyon avronu keçib. Sabiq baş nazir Eduar Filipp büdcə xərclərinin azaldılması və birgə səylər çağırışı edir.

0
2026-07-05 19:00
|
673

Misir öz "Pentaqon"u "Oktaqon"u istifadəyə verdi

Misirin yeni hərbi qərargahı "Oktaqon" istifadəyə verildi. ABŞ Pentaqonunun analoqu olan kompleks müasir texnologiyalarla təchiz edilib.

0
2026-07-05 18:30
|
698

Netanyahudan ABŞ-la fikir ayrılığı açıqlaması

Netanyahu ABŞ-la İran da daxil olmaqla heç bir fikir ayrılığı olmadığını bildirdi. Tramp görüşə hazır olduğunu açıqladı.

0
2026-07-05 18:01
|
560

İrada Berq vəfat etdi

Məşhur azərbaycanlı sənətşünas İrada Berq 53 yaşında vəfat etdi. Onun həyatı, karyerası və yaradıcılığı haqqında məlumat.

0
2026-07-05 17:02
|
568

Makron 17 ildə ilk dəfə Suriyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 17 ildə ilk dəfə Suriyaya rəsmi səfər edəcək. Səfər ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.

0
2026-07-05 16:03
|
252

İran-Qətər yükdaşımaları bərpa olundu

İran-Qətər arasında beş aylıq fasilədən sonra yükdaşımalar bərpa edildi. Ər-Rüveys limanı yenidən İran mallarını qəbul edir.

0
2026-07-05 15:01
|
736

Xameneinin oğulları vidalaşdı

Xameneinin üç oğlu ataları ilə vidalaşdı. Tehran, Qum, Nəcəf, Məşhəd şəhərlərində matəm mərasimləri keçirilir.

0
2026-07-05 14:30
|
986

Azərbaycanlı gənc Polşada göldə boğuldu

28 yaşlı azərbaycanlı gənc Fərman Xəlilov Polşada göldə çimərkən boğularaq həyatını itirib. Son iki ayda üçüncü belə faciə.

0
...
Lidl mağazalarında banan qutularında kokain | Bond.az