Litvada ehtimal olunan PUA hücumu təhlükəsi səbəbilə ölkə rəhbərliyi təxliyə edilib. Prezident, baş nazir və parlament sədri təhlükəsiz sığınacaqlara yerləşdirilib.
NATO qırıcıları sərhəd yaxınlığında radar siqnalı aşkar etdikdən sonra hava hücumu xəbərdarlığı elan edilib. "Sarı" səviyyəli xəbərdarlıq daha sonra "qırmızı" ilə əvəz edilib.
Paytaxt Vilnüsdə ictimai nəqliyyat dayandırılıb, hava limanında fəaliyyət məhdudlaşdırılıb. Sakinlər yeraltı sığınacaqlarda gizlənib.












