Luvr muzeyindəki məşhur qarət hadisəsi yeni bədii filmin mövzusu olacaq. Məşhur rejissor Romen Qavras ekran işinə rəhbərlik edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Film Jan-Mişel Dekuji və həmkarlarının kitabı əsasında çəkiləcək. Kitabda məxfi sənədlərə əsaslanan araşdırmalar yer alır.
Layihə haqqında hələlik az məlumat var. Aktyor heyəti, film adı və premyera tarixi açıqlanmayıb. Lakin mövzu və rejissor sayəsində layihə böyük maraq doğurur.
Xatırladaq ki, ötən il oktyabrın 19-da Luvrdan Napoleon və Jozefinaya aid 9 eksponat oğurlanmışdı. Qrup muzey işçisi kimi girərək yeddi dəqiqə ərzində soyğunu həyata keçirmişdi.












