Venesuelanın sabiq prezidenti Nikolas Maduronun oğlu, deputat Nikolas Maduro Qerra, paytaxt Karakasdakı zəlzələ dağıntılarının səbəbini açıqlayıb.
CNN-ə müsahibəsində o, XX əsrin ortalarında tikilmiş köhnə binaların çoxluğuna diqqət çəkib.
San-Bernardino bölgəsində xilasetmə işlərində iştirak etdiyini bildirib: "Burada 50-60-cı illərdən qalma çox köhnə binalar var".
Maduronun oğlu qeyd edib ki, Çakao və Baruta bələdiyyələrində də dağıntılar müşahidə olunub.
Rəhbərliyin dağıntıların miqyası barədə dəqiq məlumatı olmadığını vurğulayıb: "Dəqiq rəqəmlər yoxdur, lakin küçələrə çıxıb yardım edirik".
Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında 7.2 və 7.5 bal gücündə iki zəlzələ baş verib.












