Bond.az White LogoBond.az Black Logo

Maldiv adalarında italiyalı dalğıcların meyitləri tapıldı

Maldiv adalarında italiyalı dalğıcların meyitləri tapılıb. Dörd italiyalı dalğıcın ölümü ilə bağlı istintaq başlayıb.

Aydın Nəbiyev
Müəllif:Aydın Nəbiyev- Senior Editor
|
0

Xilasedicilər Maldiv adalarında sualtı mağaraları tədqiq edərkən həlak olan dörd İtaliya vətəndaşının meyitlərini aşkar ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi (XİN) rəsmi məlumat yayıb.

"Corriere della Sera" qəzetinin yazdığına görə, həlak olanların meyitləri təxminən 60 metr dərinlikdə, "köpəkbalığı mağarası" adlanan ərazidə aşkar edilib.

Meyitləri tapılanlar Genuya Universitetinin professoru, onun 22 yaşlı qızı və iki gənc tədqiqatçıdır.

Ölən beşinci şəxsin, dalğıc təlimatçısının meyiti daha əvvəl tapılıb.

Axtarış əməliyyatları zamanı yerli dalğıclardan biri də həlak olub.

Mayın 15-də beş İtaliya vətəndaşının ölümü barədə məlumat verilib. Faciənin səbəbi hələlik məlum deyil.

Roma prokurorluğu italiyalı dalğıcların həlak olma səbəblərinə dair rəsmi istintaq başladıb. Versiyalar arasında tədqiqat zonasında əlverişsiz hava şəraiti, keyfiyyətsiz qaz qarışığı, balonlarda yanlış qaz növü var.

Yerli hakimiyyətin iddiasına görə, rəsmi icazə verilən 30 metrə qarşı 50-60 metr dərinlikdə tədqiqatlar həyata keçirilib. Həlak olanların hamısı təcrübəli dalğıc kimi tanınıb.

Digər Xəbərlər
Bu gün / 03:00
|
978

Kanadada 11 yaşlı oğlan yarasa ilə təmasdan öldü

Kanadada 11 yaşlı oğlan yarasa ilə təmasdan sonra quduzluğa yoluxaraq öldü. Həkimlər xəbərdarlıq edir: hər təmasda profilaktik tədbir görün.

0
Bu gün / 02:30
|
460

İqlim dəyişikliyi flaminqolara təsir etdi

İqlim dəyişikliyi Keniyada flaminqoların rəngini solğunlaşdırır və onların sayını azaldır.

0
Bu gün / 02:00
|
585

Buzlu içki təhlükəsi: Gigiyena qaydalarına diqqət

Buzlu içkilər bağırsaq infeksiyası mənbəyi ola bilər. Gigiyena qaydalarına diqqət edin. Təhlükəsiz buz şəffaf olur.

0
Bu gün / 01:01
|
343

Baffet Qeytsə ianəni kəsdi: 20 illik ənənə sona çatdı

Uorren Baffet Bill Qeytsin fonduna ianəni dayandırdı. 20 illik ənənə pozuldu. Səbəb Epşteyn işi ilə əlaqəli araşdırmalardır.

0
Bu gün / 00:01
|
963

Asteroid 2024 YR4 Yerlə toqquşa bilər

Rusiyalı alim Yevgeni Burmistrov asteroid 2024 YR4-ün 2032-ci ildə Yerlə toqquşma ehtimalını açıqlayıb. Ehtimal 0.0017% təşkil edir.

0
Dünən / 23:30
|
910

Dünyanın ən qəribə smartfonları

BGR jurnalistləri bazara çıxarılmış ən qəribə smartfon modellərini siyahıya alıb. LG Wing, BlackBerry Passport, Amazon Fire Phone və daha çoxu.

0
Dünən / 23:00
|
476

Fransada onlayn mağazalara yeni qadağalar

Fransa ifrat sürətli dəbə qarşı yeni qanun qəbul etdi. Shein, Temu və AliExpress kimi platformalara sərt qadağalar tətbiq olunur.

0
Dünən / 22:30
|
600

Rusiyada erməniəsilli bloqerə cərimə

Rusiyada erməniəsilli bloqer Arsen Markaryan nifrət və düşmənçiliyə görə cərimələndi. O, rusları heyvanlarla müqayisə edən video yayımlamışdı.

0
Dünən / 22:02
|
570

Ferrari və BMW misdən alüminiuma keçir

Ferrari və BMW elektrik naqillərində misdən alüminiuma keçir. Bu addım istehsal xərclərini azaldır və avtomobilləri yüngülləşdirir.

0
Dünən / 22:01
|
803

İsti hava telefonu sıradan çıxara bilər

İsti hava smartfonunuzu sıradan çıxara bilər. Qızma əlamətlərini tanıyın və cihazınızı qorumaq üçün tədbirlər alın.

0
Dünən / 22:00
|
209

Kaliforniya körfəzində 6 bal zəlzələ

Meksika sahillərində, Kaliforniya körfəzində 6.0 maqnitudalı zəlzələ qeydə alınıb. Xəsarət və dağıntı barədə məlumat yoxdur.

0
Dünən / 21:32
|
342

Fransada prezident seçkisinin tarixi açıqlandı

Fransada növbəti prezident seçkisi 2027-ci il aprelin 18-də və mayın 2-də keçiriləcək. Emmanuel Makron namizəd ola bilməyəcək.

0
...
Maldiv adalarında italiyalı dalğıcların meyitləri tapıldı | Bond.az