İtaliyanın Baş naziri Corica Meloni Fransada keçirilən G7 sammitində siqareti tərgitdiyini açıqlayıb. Bu an digər liderlər tərəfindən alqışlarla qarşılanıb.
Oxu.Az "Euronews"a istinadən xəbər verir ki, Meloni qəhvə içmək istədiyini deyəndə Almaniya kansleri Fridrix Merts zarafatla siqaret də istəyib-istəmədiyini soruşub. Meloni "Xeyr, mən siqareti tərgitmişəm" cavabını verib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "Əhsən!" deyərək dəstək göstərib. Digər siyasətçilər də alqışlayıb.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə Qəzza sammitində Meloniyə siqareti tərgitməyi tövsiyə etmişdi. Fransa Prezidenti Emmanuel Makron isə bunun mümkün olmadığını zarafatla demişdi.












