Çinin Henan əyalətindəki məşhur şüşə körpüdə çat yaranıb. Hadisə yeniyetmənin çətirlə şüşə panelə vurması nəticəsində baş verib.
Oxu.Az "South China Morning Post"-a istinadən xəbər verir ki, insident "Baoquan Cliff World" turizm kompleksində qeydə alınıb.
Çatdan sonra kompleks işçiləri ziyarətçiləri təxliyə edib və körpünü müvəqqəti bağlayıblar. Hadisə Çin sosial şəbəkələrində geniş müzakirə olunub.
İstifadəçilər son illərdə məşhurlaşan şüşə körpülərin davamlılığını şübhə altına alıblar. Kompleks rəhbərliyi şüşənin növü və zədənin ciddiliyi barədə açıqlama verməyib.












