Hindistanda Lionel Messinin 21 metr hündürlüyündəki heykəli təhlükəsizlik səbəbilə söküləcək.
Oxu.Az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, heykəl ötən ilin dekabrında quraşdırılıb.
Qərb Benqaliya ştatının deputatı Şaradvata Mukerci bildirib ki, yoxlamalar zamanı heykəlin küləkdə tərpəndiyi və dayanıqsız olduğu müəyyən edilib.
Heykəl əlavə troslarla bərkidilib, ətrafına hasar çəkilib.
Hindistan hakimiyyəti heykəlin başqa yerə köçürülməsini də nəzərdən keçirir.












