Şəhərdən kənara istirahətə yollanmazdan əvvəl miqren xəstələri maqnezium qəbuluna başlamalı və ilk yardım çantasını triptan tərkibli burun spreyi, ibuprofen və ürəkbulanma əleyhinə dərmanlarla təchiz etməlidir.
Rusiyalı nevroloq Valentina Romanyuk bildirib ki, şəhər əhalisi hava dəyişikliyinə daha həssasdır. Miqren xəstələri üçün təbiət səyahəti risklidir, çünki beyin atmosfer təzyiqi, rütubət və temperatur dəyişikliklərini kəskin hiss edir.
Həkim qeyd edib ki, miqren xəstələrinin 50%-də maqnezium səviyyəsi aşağı olur. Maqnezium sinir sistemini tənzimləyir, damar spazmlarını azaldır. Gündəlik 400 mq maqnezium qəbulu uzunmüddətli perspektivdə tutma ehtimalını azaldır.
Triptan preparatları (məsələn, 50 mq sumatriptan burun spreyi) 70% hallarda 2 saat ərzində ağrını kəsir. Yüngül ağrılar üçün 400 mq ibuprofen və ya naproksen, ürəkbulanma üçün metoklopramid tövsiyə olunur.
Ağrı tutmasının ilk 15 dəqiqəsində uzanmaq, soyuq kompres qoymaq və işığı azaltmaq vacibdir.












