Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu müalicə aldığı xəstəxanada həyatını itirib.
NTV telekanalının məlumatına görə, iş adamı olan Aydın Çavuşoğlu mayın 5-də Antalyanın Alanya bölgəsindəki yanacaqdoldurma məntəqəsində silahla yaralanmış vəziyyətdə tapılmışdı.
O, həm də "Alanyaspor" klubunun prezidenti Həsən Çavuşoğlunun qardaşı idi.












