Bond.az White LogoBond.az Black Logo

Evsiz qalan ailələr, ailəsiz qalan evlər

Müharibənin acı ironiyası: evsiz qalan ailələr və ailəsiz qalan evlər. Kiyevdəki hücumun təsirli hekayəsi.

Orxan Sultanov
Müəllif:Orxan Sultanov- Yazar
|
0

Gecədən xeyli keçməsinə baxmayaraq gözümə yuxu getmirdi. Saat üçdən tez yuxulaya bilmirəm. Müharibənin beşinci ilinə keçməsinə baxmayaraq, hələ də anidən nəyinsə baş verəcəyinə qarşı həssaslıq yaşayıram.

Aprel ayı olmasına baxmayaraq Kiyevdə havalar hələ də isinmək bilmirdi...

Yerimə uzanıb yuxulamaq istəyirdim ki, yenidən hava həyəcanı siqnalı verildi. Bu dəfə siqnal uzun-uzadı verildi. Bu da o deməkdir ki, ballistik raket hücumu təhlükəsi var. Amma buna baxmayaraq iki ildir ki, Kiyevdə olan zaman həyəcan siqnalları zamanı sığınacağa düşmürəm. Daha doğrusu yorulmuşam bunlardan. İndi də düşmədim. Hamama keçib, telefonda 'Telegram' kanallarını izləyərək zərbələrin, həyəcan siqnallarının bitməsini gözləyirdim.

Hava zərbələri zamanı çoxmənzilli binalarda yaşayanlar üçün daha təhlükəsiz yer hamam, daha dəqiqi hamamda vanna olur.

Partlayışlar və həyəcan siqnalı saat 4-ə kimi davam etdi. İki üç iri, daha sonra ardıcıl dron zərbələrinin və onları 'ovlayan' Ukrayna hava hücumundan müdafiəçilərinin pulemyotlarının səsi eşidilirdi.

İri zərbələrdən biri yaxınlıqda eşidildi. Sonra tam sakitlik çöksə də, həyəcan siqnalı, daha doğrusu havadan təhlükə xəbərdarlığı bitməmişdi. Araya çökən sakitlikdən elə oturduğum hamam vannasında yuxuya getmişəm.

Qəfildən diksinib ayıldım. Telefonda tez saata baxdım ki, iki saatdan çoxdur vannada yatmışam.

Keçib eyvandan boylandım. Səhər açılmış, həyat axarına qayıtmışdı. Amma ardıcıl təcili yardım və yanğınsöndürən maşınların səsi kəsilmirdi. 'Gecə yəqin pis vurublar, hər yer dağılıb, yanır...' - düşüncəsi ilə redaksiya ilə danışıb, vurulan yerlərdən birinə yollandım. Kiyev şəhər hərbi administrasiyasından ünvanı öyrənəndə, mənim cəmi iki kilometrliyimdə olduğunu öyrəndim. Geyinib elə piyadaca yola düşdüm.

Bütöv küçə darmadağın olmuşdu. Ballistik raketdən başqa, dronlar da ərazini hədəf almışdı. Yolun əks tərəfindən dördulduzlu hotel, çoxmənzilli binalar sözün əsl mənasında xarabalığa çevrilmişdi. Həyətlərdəki ağaclar belə qırılıb tökülmüşdü.

Kiyev sanki meşənin içində salınmış şəhəri xatırlatdığı üçün, hər küçə və hər həyət sıx ağaclardan ibarətdir. Ona görə zərbələr evlər, obyektlər ilə yanaşı ağacları da qırıb tökür...

'Ana, xahiş edirəm özünü ələ al. Heç nə səndən əziz deyil... ana xahiş edirəm bəsdir... Daha özünü ələ al...' - deyə, az qala ağlayacaqmış formada yanındakı 40-45 yaşlı qadına dayanmadan yalvaran 15-16 yaşlı oğlanın səsi imkan vermirdi çəkiliş edim.

Növbəti, dağılmış mənzillərdən birinin sahibi ilə, müsahibəmi bitirib, onlara daha da yaxınlaşdım. Başlarına gələnləri kamera qarşısında danışmalarını xahiş etsəm də, oğlu üzünü çevirib kənara çəkildi. Qadın isə danışacaq halda olmadığını deyib, üzr istədi. Amma bacardığı qədər hıçqırıqlı səslə anlatdıqlarından belə məlum oldu ki, dağılmış binanın ikinci mərtəbəsində yaşayırmışlar. Dron onların binasına, birbaşa elə onların mənzilinə tuş gəlib. Həmin vaxt xoşbəxtlikdən evdə yox, sığınacaqda olublar. Səhər saatlarında sığınacaqdan çıxarkən də, yaxınlığa düşən dronun parçaları onun üzünü zədələmişdi. Mənzil tamamilə dağılıb. Bu azmış kimi həyətdə saxladığı avtomobilinin də üstünə raket parçası düşüb... Əlindəki mənzil və avtomobil açarlarını irəli uzadaraq güclə xırıldadı: - İndi olan-qalanım ancaq bu açarlardır...

Bir gecənin içində yalnız özləri sağ qala bilmişdilər. Hər şeyləri məhv olan bu qadın o qədər şokda idi ki, təcili tibbi yardım həkimlərini belə eşidə bilmirdi..

Hadisənin təsirindən əl-ayağım soyudu. Qırağa çəkilib, bir az oturub özümə gəlib, çəkilişə davam etdim. Ətraf dağılmış evlərə girməyə cəhd edən xilasedicilər, təcili yardımlar, evləri dağılmış sakinlərə qurulan çadırlarla dolu idi. İki-üç dağılmış binada çəkiliş edib, təxminən bir saat sonra geri qayıtdım. Gördüm ki çox sayda insan toplaşıb, izdiham var və bu an kimsə iki üç avtomobil korteji ilə oradan uzaqlaşdı.

Yaxınlaşıb dağılmış binanın girişinin dağıntılardan təmizləndiyini görüb içəri girdim. Bütün mərtəbələr dağılmış mənzillərdən ibarət idi. Birinin qapısında polisləri görüb, içəri girib çəkmək istədim. İçəri buraxdılar, mənzil alt-üst olmuşdu.

Xilasedicilərin, təcili yardım psixoloqlarının və polislərin əhatəsində təxminən 60 yaşlı bir kişi həzin ağlayırdı. Əlində rəngli bir yaylığı gah sıxır, gah da buraxırdı. Keçib mənzilin digər dağılmış otaqlarında çəkilişlər etməyə başladım. Bir az sonra həmən kişi arxamca gəldi. Kövrək halda keçib yerdən qızlarının fotosunu götürüb şkafın üstdə qoydu. Danışmasını xahiş etdim, müsahibə verəcək halda olmadığını dedi. Amma kamerasız söhbətə tutdum.

Adı Stepandır. İki qızı varmış. Özü isə burada arvadı ilə yaşayıb. Dünən axşam qızları onlara qonaq gəlib. Kiyevin başqa yerində valideynlərindən ayrı kirayə qalırlarmış Stepan deyir, bu yaşadıqları mənzil də onun deyil. Dostu verib yaşamaq üçün, müvəqqəti olaraq. Bu mənzil də dağılıb. Ən dəhşətlisi isə, zərbə zamanı hava həyəcan siqnallarına əhəmiyyət verməyən qızları və arvadı zərbələr zamanı həlak olublar... Dəhşətli idi...

Amma bu səhər maraqlı bir hadisə də baş verib. Hadisə yerindən canlı bağlantı edən Ukrayna yerli televiziyalarından biri onu buradan efirə çıxarıb və vəziyyəti danışıb. Bunu görən Kiyevdəki oliqarxlardan biri elə o an durub buraya gəlib. Stepana sahibi olduğu yaşayış kompleksindən bir mənzil hədiyyə edib. Bu binanın bərpa olunacağı təqdirdə isə, yaşadığı mənzilin haqqını ödəyib ona bağışlanmasını təmin edəcəyini söz verib. Bayaqkı kortejlə gedən də o imiş...

Stepanın özü demişkən, bir gün əvvəl arvadı və qızları vardı, evi yox idi. Bu gün isə ailəsi məhv olub. Amma artıq iki mənzili var...

İşimi bitirib, oradan uzaqlaşmağa çalışdım. Alovlu hava zərbələri ilə dolu olan gecənin ardınca Kiyev səmasında həzin bir günəş var idi. Yorğun da olsam, evə doğru yol aldım. Beynimdə bayaqkı, hər şeyini itirən qadınla o Stepan canlanırdı...

'Taleyin bizi harada, nə ilə mükafatlandıracağını, nə ilə cəzalandıracağını bilmirik' - deyə, düşünə-düşünə evə çatdım...

Mübariz Aslanov

Digər Xəbərlər
Bu gün / 13:01
|
761

Karapetyanın partiyasından 6 namizəd həbs edildi

Ermənistan MSK, Samvel Karapetyanın Güclü Ermənistan Partiyasından altı deputatlığa namizədin həbsinə icazə verdi.

0
Bu gün / 12:01
|
867

Yamayka tamamilə işıqsız qaldı

Yamaykada sistem nasazlığı səbəbindən bütün ölkə üzrə elektrik enerjisi kəsilib. Nazir Deril Vas məlumat verib, bərpa işləri davam edir.

0
Bu gün / 09:03
|
245

Kolumbiyada mədən partlayışı: 7 ölü

Kolumbiyada mədən partlayışı nəticəsində 7 nəfər həlak olub. La Veqa mədənində baş verən partlayışın səbəbləri araşdırılır.

0
Bu gün / 08:31
|
665

"Crocus City Hall" terrorçuları koloniyalara paylandı

"Crocus City Hall" terror aktının iştirakçıları müxtəlif regionlardakı koloniyalara göndərilib. Ömürlük həbs cəzası alanların paylanması barədə TASS məlumat yayıb.

0
Bu gün / 07:00
|
299

ABŞ Hörmüz boğazında 100 gəmi keçidini təmin etdi

ABŞ hərbçiləri Hörmüz boğazında 100-dən çox ticarət gəmisinin keçidini koordinasiya edib. Təhlükəsizlik tədbirləri və danışıqların dayanması barədə məlumat.

0
Bu gün / 06:31
|
850

Britaniya aviadaşıyıcısı NATO təlimində sıradan çıxdı

Britaniyanın HMS Prince of Wales aviadaşıyıcısı NATO təlimində pervanə nasazlığı səbəbindən sıradan çıxdı. Təmir üçün Norveçdə lövbər saldı.

0
Bu gün / 06:02
|
765

Kuril adalarında 5 bal gücündə zəlzələ

Kuril adalarında 5 bal gücündə zəlzələ olub, sunami təhlükəsi yoxdur. Təfərrüatlar Bond.az-da.

0
Bu gün / 05:30
|
419

ABŞ və İran qarşılıqlı zərbələr endirdi

ABŞ və İran arasında qarşılıqlı hücumlar: İran ABŞ bazalarına zərbə endirdi, ABŞ isə raketləri zərərsizləşdirdi.

0
Bu gün / 04:30
|
631

Milyarder uşaqlarına miras verməkdən imtina etdi

Fransalı milyarder Pyer-Eduar Steren uşaqlarına miras verməkdən imtina edərək varislik qanunlarının dəyişdirilməsini tələb edir.

0
Bu gün / 03:00
|
226

FIFA təhqirlərə qarşı süni intellektdən istifadəni genişləndirir

FIFA, futbolçulara qarşı təhqirlərlə mübarizə üçün süni intellekt əsaslı "Respondology" xidmətini genişləndirir. Texnologiya 30 min açar sözü skan edərək aqressiv şərhləri gizlədir.

0
Bu gün / 03:00
|
319

BMT: Hər il 1 trilyon dollarlıq ərzaq tullantıya çevrilir

BMT hesabatına görə, dünyada hər il bir trilyon dollarlıq ərzaq itirilir və ya tullantıya çevrilir. FAO məlumatları və regional təhlil.

0
Bu gün / 02:30
|
439

Dənizdə bir həftə qalan çinli turist sağ tapıldı

Çinli turist bir həftə açıq dənizdə qalıb, xərçənglərlə qidalanaraq sağ qalıb və balıqçılar tərəfindən xilas edilib.

0
...
Evsiz qalan ailələr, ailəsiz qalan evlər | Bond.az