"Güclü Ermənistan" Partiyasının liderlərindən Narek Karapetyanın ölkəni tərk etməsinə məhdudiyyət tətbiq edilib.
Oxu.Az xəbər verir ki, siyasətçi bu barədə sosial şəbəkəsində yayımladığı videomüraciətdə məlumat verib.
O qeyd edib ki, qadağa barədə Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars məntəqəsinə getmək istəyərkən öyrənib.
Karapetyan çəkiliş qrupu ilə Ermənistanın kənd təsərrüfatı məhsullarının ixracını araşdırmağı planlaşdırdığını vurğulayıb: "Lakin sərhəd xidməti səfərimin qadağan edildiyini bildirdi və çıxışıma məhdudiyyət qoydu".
Qeyd edək ki, Narek Karapetyan "Güclü Ermənistan" Partiyasının rəhbəri, sahibkar Samvel Karapetyanın qardaşı oğludur.












