NASA rəhbəri Cared Ayzekman bildirib ki, yadplanetli gəmiləri və ya canlıları haqqında heç bir sənədli sübut yoxdur.
Vaşinqtondakı "CNBC CEO Council Summit" tədbirində çıxış edən Ayzekman jurnalistlərin suallarını cavablandırıb.
O, ABŞ prezidentinin uçan naməlum obyektlər (UNO) ilə bağlı bütün məlumatların ictimailəşdirilməsi göstərişini dəstəklədiyini bildirib.












