ABŞ səhiyyə naziri kiçik Robert Kennedi iki ilanı çılpaq əllə tutub.
Oxu.Az bildirir ki, o, görüntüləri Instagram hesabında yayımlayıb.
Kadrlarda nazirin öz ərazisində sürünənləri tutması əks olunub. O, ilanların qara təlxə olduğunu deyib.
İlanlar müqavimət göstərib, dişləməyə çalışıb. Nazir onları buraxmayıb, quyruqlarından tutub.
Video sonunda nazir kameraya poz verib, ilanları inamla saxlayıb. Taleləri barədə məlumat verilməyib.












