ABŞ-nin Nyu-York ştatında 64 yaşlı qadın qızını və dörd azyaşlı nəvəsini zəhərləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Nənə qızını və nəvələrini qəsdən zəhərləməkdə şübhəli bilinir. Evdə çoxlu dərman və əlyazma məktub tapılıb.
Uşaqlardan birinin iti alətlə vurulduğu ehtimal olunur. Ölüm səbəbləri dəqiqləşdirilir.
Polis kənar şəxslərin iştirakını istisna edib. Araşdırma davam edir.












