İsrail Baş naziri Benyamin Netanyahu, HƏMAS-ın silahlı qanadının yeni lideri Məhəmməd Odeyə zərbə endirildiyini açıqlayıb.
Netanyahunun ofisindən verilən məlumata görə, Ode 7 oktyabr hadisələri zamanı HƏMAS-ın kəşfiyyat rəhbəri olub.
O, bir həftə əvvəl İzəddin əl-Həddadın yerinə təyin edilmişdi. Həddad iki həftə əvvəl Qəzzada həlak olmuşdu.












