ABŞ-nin tanınmış proqram təminatı şirkəti "Oracle" son 12 ayda işçi sayını 21 min nəfər azaldıb.
Oxu.Az xəbər verir ki, bu məlumat şirkətin SEC-ə təqdim etdiyi rəsmi sənədlərdə əksini tapıb.
May ayının sonuna şirkətdə 141 min işçi çalışırdı. Bir il əvvəl bu rəqəm 162 min idi. İxtisarların maliyyə dəyəri 1.8 milyard dollar təşkil edib.
Kütləvi ixtisarların səbəbi süni intellektin tətbiqidir. Şirkət bildirir: "Süni intellekt texnologiyalarının inteqrasiyası işçi sayını azaldıb və bu tendensiya davam edəcək".
2026-cı ilin əvvəlindən Oracle-ın bazar dəyəri 10% ucuzlaşaraq 530 milyard dollara düşüb.












