Pakistanın cənub-şərqində 5.4 bal gücündə zəlzələ qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Episentr Dera-Qazi-Xan şəhərindən 91 km şimal-qərbdə, dərinlik isə 35 km olub. Şəhərin əhalisi təxminən 236 min nəfərdir.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.











