Pakistanın Turbat şəhərində magistral yolun kənarında qoyulmuş partlayıcı qurğu işə düşüb.
Partlayış nəticəsində üç nəfər həlak olub, bir nəfər isə yaralanıb.
Meyitlər məhkəmə-tibbi ekspertizadan sonra ailələrə təhvil verilib. Hadisə ilə bağlı araşdırma başlanıb.












