Paris Sikkəxanası son 100 ildə ilk dəfə təmiz qızıldan 'Marianne' investisiya sikkəsini təqdim etdi.
Fransanın 'Le Monde' qəzeti xəbər verir ki, yeni sikkənin bir tərəfində Fransa milli simvolu Marianne, digər tərəfində ölkə xəritəsi var.
'Marianne' sikkələri dörd fərqli ölçü və çəkidə istehsal olunacaq. Hamısı 999 əyarlı saf qızıldan hazırlanır.
Qiymət birjadakı qızılın cari məzənnəsinə əsasən müəyyən ediləcək. Həmçinin rəqəmsal versiya 'e-Marianne' də buraxılıb. Fiziki sikkələr iyunun 16-dan satışa çıxarılacaq.












