Ermənistanın baş naziri Nikol Paşinyan, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyana qarşı məhkəmə iddiası qaldırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.
Səbəb, Karapetyanın Paşinyanın Çindən təxminən bir ton halüsinogen göbələk gətirdiyi iddiasıdır.
Paşinyan bildirib: "Necə belə açıqlamalar vermək olar? Bu, ciddi bir insanın sözləridirmi? Məhkəməyə müraciət edəcəyimi dedikdə, dizləri titrəyir və 'yox, mən belə deməmişəm' deyir."












