Almaniya hakimiyyəti Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin müşaviri olmuş Andrey Portnovun qətlində şübhəli bilinən şəxsi İspaniyaya ekstradisiya edib.
Madrid məhkəməsinin mətbuat xidmətindən “RİA Novosti”yə bildirilib: “Almaniya hakimiyyəti şübhəlini İspaniyaya göndərib və hakimin sərəncamına verib. O, artıq ölkəmizdədir”.
Qeyd edək ki, 52 yaşlı Portnov İspaniyanın Posuelo-de-Alarkon şəhərində güllələnib. O, Yanukoviçin yaxın çevrəsində əsas fiqurlardan biri olub.












